Gül düzümü Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gül düzümü

Sənsən sözümün başı,
Parlar közümün qaşı.
Bilsən gözümün yaşı,
Yandırır gül üzümü.

Söz eşidək ozandan,
Eşqə nəğmə yazandan.
Payız rəngli xəzandan,
Səninçün gül üzümmü.

Vurğunam mən sənə tək,
Ahım duman- çənədək.
Sıralanır sənədək,
Sonsuzdur gül düzümü.

Yaşasın saf məhəbbət,
Bitsin artıq bu həsrət.
Söylə bir nədən zülmət,
Etmisən gündüzümü.

Fərəhim qatar-qatar,
Sevincim göyə çatar,
Gəlişinlə ay batar.
Nur edər gün düzümü.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 18:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu