Göydə şimşək tək çaxsam,
Yerə sel olub axsam.
Haraya dönüb baxsam,
Gözümün önündəsən.
Sən getdin məndən əvvəl,
Şeh olar çəndən əvvəl.
Kim gələr səndən əvvəl,
Sözümün önündəsən.
Fərəhi dandırar ki,
Nadanı qandırar ki..
Yoxluğun yandırar ki,
Közümün önündəsən.
Görəcəyəm qəbrini.
Yarəb, vermə cəbrimi.
Əskik etmə səbrimi,
Dözümün önündəsən.
Bacı-qardaş gələrdin,
Əldə şabaş gələrdin.
Hamıdan baş gələrdin,
Özümün önündəsən.
Kayıt Tarihi : 25.7.2021 06:11:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!