Yerə düşüb gözəl gülüm,
Əlim çatmır götürəm.
O gül mənim özəl gülüm,
Sinəm üstə ötürəm.
Çəkərək hər qayğısını,
Qoyacam güldanıma .
Sev gözəllik duyğusunu,
Başqa bir gül tanıma.
Bir zaman bal xatirələr,
Indi alıb qoynuna.
Sorğuma lal xatirələr,
Nədən salıb oynuna...
Mənim qızılgüllə bağlı,
Kədərli xatirəm var.
Görəsən o cavan sağmı,
Yoxsa məhv edibdi xar?
Deyirəm ki saf sevginin,
Daim qədrin bilək biz.
Unudub nufrəti, kini
Məhəbbəti bölək biz...
Kayıt Tarihi : 19.3.2020 10:52:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!