Könlümdə od qaladan,
Şaxtada buz yaladan
Gələn dərdi-bəladan,
Ötür məni, ötür sən.
Əhdi dana bilmirəm,
Közsüz yana bilmirəm.
Səni yona bilmirəm,
Çünki kələ-kötürsən.
Bələdəm qəm zatına,
Minər qara atına.
Göyün yeddi qatına,
Cənazəmi götür sən.
Kayıt Tarihi : 28.6.2018 06:44:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!