Göründü melek Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Göründü melek

Qaldırammaz yad daşımı,
Ya qayamı,ya daşımı.
Neçə dəfə yaddaşımı,
Eyləmişəm ələk-vələk.

Sonacan dolmadı badəm.
Cavan ömrüm getdi badə.
Qəlbiç geniş,özüm sadə
Bilməz idim hiylə-kələk.

Mən dünyayam,ərzi-kürrəm.
Solamz inci,parlaq dürrəm.
Yaşayırdım şadi-xürrəm,
Bəs niyə ağlatdı fələk.

Nədən artırdı cəbrimi,
Imtahan etdi səbrimi.
Dərin qazarsız qəbrimi,
Torpaq olar isti bələk.

Sevinc,gülü solan koldum,
Əcələ gedən ağ yoldum.
Bu dünyadan gedər oldum,
Gözümə göründü mələk.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu