Git Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Git


Daha səni buraxıram, əzizim…
Nəyim qalıb mənim səndə gətir, get…
İki ürək arasında yorulma))
Daha bəsdi, bu oyunu bitir, get…

Nə yaşadıq- nəzir olsun, sadağa…
Bir də sevmək bu ürəyə qadağa…
Get, sən Allah , daha məndən uzağa
İzlərini gözlərimdən itir, get…

Limanları çox dəyişən gəmisən…
Hər limana sən “evimsən” demisən,
Bu ömrümü loxma -loxma yemisən,
Üstündən də bir soyuq su ötür, get…

Qoymaram ki daha məni əyəsən,
O deyilsən -hər acıya dəyəsən…
Gözləyənin çoxdu sənin deyəsən))
Gecikmə sən, tez özünü yetir, get

Yoxluğumda darıxmırsan görürəm…
Səhvlərini mən önünə sərirəm…
Öz əlimlə səni daha verirəm,
O yol …o sən… xatirəni götür get ..

Gedərayaq bir peşmanlıq doğarsa,
Vicdanının qara yeri ağarsa…
Göz yaşların yanağına yağarsa ,
Gülüşünü et gözünə çətir…get…

Bu dünyada sənə əziz kimdisə,
And verirəm barı ona xətir , get…
Daha səni buraxıram , əzizim))
Bitdi sənə deyəcəyim sətir… get…

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 18:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!