Gezen gördüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gezen gördüm

Sevirəm şux duruşunu,
Göy sularda üzən gördüm
Naz baxışlı qu quşunu,
“Vağzalı”ya süzən gördüm.

Ətrinə acdığım yerdə,
Torpağı qucduğum yerdə
Xəyalən uçduğum yerdə,
Mən bir özgə düzən gördüm.

Özlərini öyənlərin,
Yad qapısı döyənlərin,
Mənm-mənəm deyənləri,
Əyilibən gəzən gördüm.
12.04.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 19.4.2019 11:17:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu