Mənimçün parlayan, ziqiymət dürrdün,
Bir azca azadlıq,bir azca hürrdün.
Bu fani dünyadan köçünü sürdün,
Getdin, həsrətini miras qoyaraq.
Kədərdən az qalır qəlbim dayana,
Sadiq dost gərəkdir halıma yan.
Olanlar gətirdi səni də cana,
Getdin, ayrılıqdan bezib doyaraq.
Möhnətə tuş etdi söylə, kim səni,
Bu qədər ağlatdı sarı sim səni.
Daha sezə bilməz bir də kimsəni,
Getdin, vüsalımın gözün oyaraq.
Kayıt Tarihi : 14.07.2026 05:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!