Gelsin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gelsin

Gedin deyin o mərd ərə,
Könül evim talan,gəlsin.
Yönün salıb bərilərə,
Ürəyimi alan gəlsin.

Dostluğunda qınandığım,
Dar günündə sınandığım.
Düzlüyünə inandığım,
Söyləməsin yalan,gəlsin.

İnsaf olar sevən kəsdə,
Gözlər yolda,qulaq səsdə,
Həsrət məni edib xəstə,
Acı dərdə salan gəlsin.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 07:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu