Nə olsun ki çatmır sənə harayım?!
Səsim ərşin sahibinə yetdi, gəl…
Çıxıb getdin, çökdü könül sarayım,
Sənsizliyin ömrü viran etdi, gəl…
Bircə dəfə gözlərindən keçim də,
Nə olar ki ürəyinə köçüm də…
Gör nə qədər ümid vardı içimdə…
Hər birisi yoxa çıxdı, bitdi… gəl…
Sənə vardı bir ömürlük eşq sözüm,
Yüz il desən, gözləməyə var dözüm …
Ömür vəfa etmir axı , əzizim ,
Qolumdan güc, gözümdən nur İtdi, gəl…
Sən olmusan sinəmdə eşq məbədi,
Adın mənə səcdəgahdı, Kəbədi …
Mənə qalsa, gözləyərəm əbədi,
Bu ürəyin sevən yaşı ötdü, gəl …
Qıyma mənə olum sənə tamarzı …
Yol üstəyəm…sən son istək… son arzu …
Bundan belə qalma məndən narazı ,
Sonra demə “görüşməmiş getdi”, gəl….
Kayıt Tarihi : 5.1.2025 17:27:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!