Həsrətindən yatammadım.
Vüsalında batammadım.
Qaçdımsa da çatammadım,
Göz önündən paşam keçdi.
“Çahargah”ı “Şur” etməyə,
Göz yaşımı gur etməyə.
Qəlb evimi nur etməyə,
Əğyar qara bir şam seçdi.
Sinəm üstə gül düzmüşəm,
Əcəl meyini süzmüşəm.
Bu dünyadan əl üzmüşəm,
Mənim üçün yaşam gecdi.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:39:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!