Füzuli iqtibası Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Füzuli iqtibası

Ildırım vurarsa kül ola billəm,
Ruha çevrilərək, tül ola billəm.
De, necə al rəngli gül ola billəm,
Fələyin mənimlə iltimasından.

Ölümlə olumda yaman fərq oldu,
Sanki buzlu Şimal isti Şərq oldu.
Elə bil qış günü nura qərq oldu,
Ruhunla ruhumun ilk təmasından.

Könül az qalır ki səhrada aza,
Qumların üstünə adını yaza.
Sevgimə tən edən bir anlamaza,
Gətirdim Füzuli iqtibasından.
16.10.2018.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.10.2018 12:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu