Fikirlerimin Qatili Şiiri - Mehemmed İbr ...

Mehemmed İbrahim
22

ŞİİR


0

TAKİPÇİ

Fikirlerimin Qatili

Yazıram şeir, ya da qafiyələr toplusu.
Başım qaçıb, gicləşib,
Fikirlərim mənasızlıq ordusu.

Hücum çəkir kəlmələrim cümlələrin üzərinə,
Və nöqtə, hər ikisini öldürür.
Televizor səsi bütün fikirləri söndürür.

Nə gözləmək olar indi məndən?
Şeir yazmağım?
Ya doğru yoldan uzaqlaşıb azmağım?
Axı nə gözləmək olar indi məndən?
Belə bir şəraitdə qafiyəli sözlər yazım?
Axı nəyə lazım, kimə lazım?

Mehemmed İbrahim
Kayıt Tarihi : 17.9.2021 21:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Mehemmed İbrahim