Yeriyir əllər cibdə,
Özündən əmin.
Adam, simvoludur
Özgüvənin.
Gözlərində
Bir utanc qığılcımı gizlənir.
İndiysə bu özgüvən yalançı gəlir..
Bu sətirləri yazan fikirləşir:
Bəlkə də utancağın qalxanıdır eqoizm.
Bəlkə açılan səhərin günəşi,
Və xəstənin əlacıdır eqoizm.
Çünkü insan belədir,
Digərlərindən gizlənir.
Bəlkə də məhz bunun üçün
"Eqoizm" termini türəyib..
Kayıt Tarihi : 18.9.2021 22:26:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.