Feride Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Feride


Artdıqca ağrın-acın,
Tapılmadı əlacın.
Sözün nə oldu , bacı
Əzraillə həridə.
Fəridə.

Mərəz dərdlə yarışdı,
Fələk ilə barışdı.
Uğrunda çox çarpışdı,
Qurumaz ki təri də.
Fəridə.

Bibimin çiçək qızı,
Telləri ipək qızı.
Hamıdan göyçək qızı,
Səndin dərdi-səri də.
Fəridə.

Ölümlə barışanım,
Torpağa qarışanım.
Yarının sayrışanı,
Alagöz dilbəri də
Fəridə.

Ala gözüm nəmdi, bax.
Eh, fərəhim kəmdi, bax.
Dünya buzlu qəmdi bax.
Günəş çıxa,əridə.
Fəridə.

Qəm çölündə azıram,
Məzarımı qazıram.
Göz yaşıyla yazıram,
Mən sənə bu şeri də.
Fəridə.

Əlçatmaz dünlərimiz,
Mehriban ünlərimiz.
O sənli günlərimiz,
Artıq qaldı geridə.
Fəridə

Sən Gəncənin gözəli,
Sözü duzlu, məzəli.
Fələk gəldi nizəli,
Öz hökmünü yeridə.
Fəridə.

Səni, de, necə öyək,
Qapını nə cür döyək.
Rəhmət eyləsin deyək,
Qızlarınıı kiridək,
Fəridə.

Dedik mərəz sovuşdu,
Xəstəliyə yovuşdun.
Əzizlərinə qovuşdun,
Sevdikləri biri tək.
Fəridə.

Sona yetdi cəbrin də,
Müqəddəsdir qəbrin də.
Hamımızın qəlbində,
Yaşayarsan diri tək,
Fəridə.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.7.2021 19:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu