Mənə zəhər yedirər,özgələrə bal gecələr.
Yatmıram,oyanıram hey yuxudan kal gecələr.
Çəkirəm keşiyini ulduzların sübhə kimi,
Həsrətdən ağlayıram,oluram bihal gecələr.
Ay da mən tək sevdiyi yarının həsrətin çəkir,
Qəmdən dili tutulub, danışmayır lal, gecələr.
Nakam eşqə yas tutur, onunçun qara geyinib,
Yağdırar göy üzündən qüsseyi-məlal,gecələr.
Görürəm darıxırsan sən də mən tək, yatammırsan
Rəqibə qonaq getmə,yolun bizdən sal gecələr.
Söhbət edək,dərdləşək,həm əhdi-peyman eyləyək
Bir dəfə biz də görək,necədir vüsal gecələr.
Neçə vaxtdır rəqibim aramıza sədd çəkibdir,
Darıxsan mənim üçün gəl yanımda qal gecələr.
Düysa ki sənin ilə gizli-gizli görüşürük,
Əğyar bitər arada sanki xar-qanqal,gecələr.
Əzizim, mənim kimi sən də hərdən keçmişi an,
Gələcək günlər üçün min xəyala dal,gecələr.
Sevinc,heç xeyri yoxdur,sən nə qədər rəml atsan da,
Zülmət olduğu üçün düz çıxmayır fal,gecələr.
Kayıt Tarihi : 16.6.2018 10:56:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/16/fal-geceler.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!