Söhbət dəndə deyil axı,
Çiskin çəndə deyil axı.
Günah səndə deyil axı,
Könül ritmin əyri vurur.
Astar geyib üz gedirəm,
Getdiyimi yüz gedirəm.
Hara getsəm düz gedirəm,
Şeytan yolu əyri burur.
Düşmüşəm yarın meylinə,
Səs də verirəm xeyrinə.
Dalammıram ki seyrinə,
Xatirələr əyri durur.
Kayıt Tarihi : 4.3.2019 08:44:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!