Evine sger qayıtdı Şiiri - Sevinc Arzulu

Evine sger qayıtdı

Xeyirlə açdıq səhəri,
Ana boğammır qəhəri.
Keçib neçə kənd-şəhəri,
Evinə əsgər qayıtdı.

Qovuşacaq dağ çayları,
Tanrım, hey artır sayların.
Hərbdə keçirdib ayları,
Evinə əsgər qayıtdı.

Qoyar eşqin binasını,
Süzər ellər sonasını.
Qucaqlayar anasını,
Evinə əsgər qayıtdı.

Ayrı düşənlər, qovuşun,
Zalım həsrətdən sovuşun.
Necədir zəfər, soruşun,
Evinə əsgər qayıtdı.

Qüdrətini yaşa vurub,
Hiddətini daşa vurub.
Xidmətini başa vurub,
Evinə əsgər qayıtdı.
Sevinək, əsgər qayıtdı.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.8.2021 06:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu