Ürəyimdə qüssə-kədər qalıncı,
Günəş qürub eyləyir bax narıncı.
Özüm getdim,səni qoydun zarıncı.
Gənc ömrünü məhv elədim, bağışla.
Güvəndiyim dağa yağır indi qar
Əsəbindən buza dönüb dindi qar.
Bilirəm ki səni üzür intizar,
Necə böyük səhv elədim, bağışla.
Soyuq baxa bilmərəm ki dünənə
Hərcailər od qoymuşdu binənə.
Çalın-çarpaz dağ çəkmişdi sinənə,
Düşmənini əvf elədim, bağışla.
24.04.2019
Kayıt Tarihi : 29.4.2019 17:11:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!