Birgə danışıb –güldüyüm,
Sirrimi yarı böldüyüm.
Düşmən çıxdı dost bildiyim,
Bir də ona ərk etmədim.
Ağararmı qara xana,
Həsrət çətin işin dana.
Çəkdiyim ağrıdan yana,
Ürəyimi bərk etmədim.
Qurban demişdim canımı,
Zülmət etdi hər anımı.
Axıtsa da al qanımı,
Bu meydanı tərk etmədim.
Su qatdı isti aşıma,
Həkk olundu yaddaşıma.
Baxıb ölən qardaşıma,
Eh, nədənsə körk etmədim.
Pozdum hicrin oyununu,
Qurda verdim qoyununu.
Yumşaq, isti qəm yununu,
Daratdırıb kürk etmədim.
Kayıt Tarihi : 7.1.2023 18:49:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!