Sevən aşiqinin sözündən öpüb,
Külək məhəbbətin közündən öpüb.
Gecələr hicranın üzündən öpüb,
Gündüzlər həsrətə əl uzatmışam.
Tale yazısını fərəhli yazsın,
Qoymasın ümidim zülmətdə azsın.
Öldürüb, qəbrimi özü də qazsın,
Əzazil xiffətə bel uzatmışam.
Bir zaman səmadan çaxıb ki məni,
Qızaran şişə də taxıb ki məni.
O qədər yandırıb-yaxıb ki məni,
Qocalan nifrətə dil uzatmışam.
23.02.2015
Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 07:10:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!