Düzene kaldı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Düzene kaldı

Çayları ilinməyən,
Sayları silinməyən,
Adları bilinməyən,
Dağlar düzənə qaldı.

Basdın qəlbə köz yenə,
Söyləmə ki döz yenə.
Deyəsən son söz yenə,
Dodaq büzənə qaldı.

Vüsalını qorxutmaq,
Son nəğməni oxutmaq,
Həsrətini ovutmaq,
Əlin üzənə qaldı.

Bu şoranlıq boyamız,
Bu toranlıq röyamız,
Bu qaranlıq dünyamız,
Işıq sezənə qaldı.

Fələk qan ilə yazar,
Yazdığını kim pozar.
Qazılmış dərin məzar,
Dərddən bezənə qaldı.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.3.2023 07:36:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu