Düzen oldu, gel Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Düzen oldu, gel

Yer-göy sabit qalandı.
Göylərdən od calandı.
Zirvələr parçalandı,
Hər yer düzən oldu, gəl.

Görüb şən əhvalımı,
Tərs oxudub valımı.
Dəyişdirib halımı,
Məni üzən oldu, gəl.

Ələyib yaddaşını,
Unutma sirdaşını.
Sənin qəm yoldaşını,
Əyri süzən oldu, gəl.

Dost dəyməz dost xətrinə,
Bürünər gül ətrinə.
Şerimin hər sətrinə,
Ağız büzən oldu, gəl.

Külək yel darağıdı,
Telinin marağıdı.
Könlümün aradığı,
Parabüzən oldu, gəl.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.1.2023 16:19:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu