Düşün cemi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Düşün cemi

Dərələri çən uyutdu,
Kədərini mən ovutdum.
Sevdiyini sən unutdun,
Ağ atından düşüncəmi?

Coşub daşan selə baxdın,
Bəyazlaşmış telə baxdın.
Həsrət ilə elə baxdın
Qarışdırdın düşüncəmi.

Qəm qışında büzülmə sən,
Qara sapa düzülmə sən.
Tək fikirdən üzülmə sən,
Ay ağıllım, düşün cəmi.
12.12.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 30.4.2018 07:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu