Dünenim hanı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dünenim hanı

Yer üzü yağışın intizarında,
Nur yağış torpağa salama gəlir.
Ürək, nə çıxar ki ahu-zarından
Ruhlar dərdə gəlmir, kəlama gəlir.

Xatirən önümdə ağ pərdə kimi,
Ilməsin birbəbir sökəmmirəm ki.
Gözlərim yol çəkir , lap dərdə kimi,
Yaşını sel təkin tökəmmirəm ki...

Qarlı təpələri daşlıq görürəm,
Bəs mənim mərmərə dönənim hanı.
Geriyə boylansam boşluq görürəm,
Qarşımda sabahsa dünənim hanı.
02.02.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 7.2.2019 11:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu