Sübh tezdən oyanırsan,
Al rəngə boyanırsan.
Önümdə dayanırsan.
Əzizim, göz yuman tək.
Günahımı bağışla,
Üşütmə gur yağışla.
Süzürsən lal baxışla,
Əzizim, söz uman tək.
Hasilə yetsin dilək,
Ayrı vurmaz cüt ürək.
Sonuncu görüşətək,
Əzizim, döz, guman tək.
Kim açıbdır bu tağı,
Qar əyibdir budağı.
Bu dərəni, bu dağı, ,
Əzizim, gəz duman tək.
19.01.2019
Kayıt Tarihi : 26.1.2019 14:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!