Gül əkmişəm cərgə-cərgə,
Yara qismət ola bəlkə.
Qaranlıqda qara kölgə,
Sürünür ağ duman kimi.
Yalanlara gərdim sinə,
Uymadım and-vədəsinə.
Həqiqətin pərdəsinə,
Bürünür dağ güman kimi.
Indi sadiq dostlar hanı,
Haqsızı sözündən tanı.
Ortasında biyabanın,
Görünür bağ uman kimi.
06.02.2018
Kayıt Tarihi : 30.4.2018 07:56:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!