Gördük neçə nişan, törən,
Çiçəklərdən çələng hörən.
Nə tez keçdi illər görən,
Qırx beş ilin dostuyuq biz.
Pozulmaz ki and-amanım,
Muğam çalar tar-kamanım.
Bunca ağır bir zamanın,
Ən sakit, dinc postuyuq biz.
Qanadı var xəyalımın,
Qonağıdır hilalımın.
Fələk adlı bir zalımın,
Deyilməyən tostuyuq biz.
Kayıt Tarihi : 21.4.2022 14:50:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/04/21/dosuyuq-biz.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!