Dostun seheri Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dostun seheri

Qiymətli varlığın sərrafı olub,
Ovçu qızılquşun səyyadı olub.
Könlüm gecələrin səyyahı olub,
Gəzir gəzir asta-asta qədim şəhəri.

Gecələr qarışıb al gündüzlərə,
Eh, nədən düşməyir ağ gün düzlərə.
Dönmək istəmirdi payız bizlərə,
Ayağı altına sərdim bəhəri.

Axtarıb özümü sənicə tapdım,
Xar zalım qızının əlindən qapdım.
Sənə doğru gələn yollarla çapdım,
Elə özüm kimi gərdim kəhəri.

Ildırım səmada çaxanda bildim,
Yer-göyü yandırıb yaxanda bildim.
Yaşarmış gözünə baxanda bildim,
Ah, necə ağırmış hicrin qəhəri.

Dan yeri ağarıb tezcə sökülsün,
Masmavi göylərdən sevinc tökülsün.
Istərəm həmişə desin və gülsün,
Fərəhlə açılsın dostun səhəri.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.1.2023 16:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu