Dönme Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dönme

Hisslərini anladırsan asta-sta, kəlmə-kəlmə,
Nə olar ki ay əzizm, üstüməcə sən bu qədər gəlmə-gəlmə.
Nəyim var ki sənə verim qəmdən sonra,
Söylə, səni necə sevim həsrət dolu dəmdən sonra.
Dondurmuşam bir zamanlar dəniz kimi aşıb-daşan duyğuları.
Unutmuşam sənli ikən gördüyüm bal uyğuları.
Nolar, daha geri dönmə.
Tək qalxdığın ucalıqdan enmə-enmə.
Nələr oldu, dünya dondu aramızda,
Bax, qaysaq da bağlayıbdır yaramız da.
Dur, əzizim, mənə sarı adddım atma,
Bağışlanmaz bir günaha təzədəncə batma-batma

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu