Deyim qalmaz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Deyim qalmaz

Çay tək axıb durularam,
Burulğan tək burularam.
Vallah,elə yorularam
Qalxmağa da heyim qalmaz.

Əzbər olar bal kəlamlar,
Dil də açar lal kəlamlar.
Ver qiymətin,al kəlamlar
Deyilməyən deyim qalmaz.

Olduğum tək görünərəm,
Heç yer ilə sürünərəm?
Hamısına bürünərəm,
Sənin üçün geyim qalmaz.

Zirvəsində qar çox olar,
Meşəsi gur dağ tox olar.
Fəryad etsəm dağ yox olar,
Nə sarım,nə leyim qalmaz.

Işlərimiz vursa ləngər,
Yerim olar soyuq səngər.
Bir gün qəfil ölsəm əgər,
Geriyə çox şeyim qalmaz.

Söhbət eylə gəl dünündən,
Orda qalan səs-ünündən.
Əzizim,bayram günündən
Bir qədəh də meyim qalmaz.

Qovuşmarıq bal röyada,
Ya xəyalda,ya xülyada.
Mən gedirəm bu dünyadan,
Çalınmamış neyim qalmaz.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 07:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu