Deyib durur Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Deyib durur

Şirin dil, yalvarmaq gəlməyir kara,
Geysə də sözlərim rəngbərəng xara.
Yenə nə olubdur alagöz yara,
“Bu vüsal günləri çox” deyib durur.

Yalançı”həqiqət” özünü öyür,
Ocağın atəşi közünü öyür.
Çiçəkli xatirən gözünü döyür,
Saralmış ümidlər “yox” deyib durur.

Məhəbbət əbədi ömrün tacıdır,
Vüsal çox şirinsə, həsrət acıdır.
Bilirsən, nə yaman yeri acıdır,
Yaralı könlümə ox dəyib durur.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:32:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu