Könlümün sənsizliyi,
Sevdanın mənsizliyi,
Gecənin səssizliyi,
Yer üzünə çökülmüş.
Gəl ay ömrü hədərim,
Belə imiş qədərim.
Dünyanın qəm-kədəri,
Ağaclardan tökülmüş.
Uzanıdır qollarım,
Gül açmaz ki kollarım.
Sənə gələn yollarım,
Dəmir-dəmir sökülmüş.
Kayıt Tarihi : 22.5.2020 07:59:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/05/22/demi-demir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!