Döndüm vüsal hamisinə,
Düşdüm həsrət zəmisinə.
Mindim hicran gəmisinə,
Ürəymə daş bağladım.
Ayrılıq oduna yanıb,
Ağrı-acısını qanıb.
Olub -keçənləri anıb,
Gözlərimdə yaş ağladım.
Könlüm yalnız muğam dinlər,
Qəmlənibən gizli inlər.
Hardadır o sənli günlər,
Eh, dönəydi kaş çağladım.
Kayıt Tarihi : 1.09.2026 05:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!