Sən gələndə arzularım,
Yenə çiçək açacaq.
Düz çıxacaq yozumlarım,
Sözüm ətir saçacaq.
Sən gələndə özün ilə,
Bolluca xeyir gətir.
Odlandırsın közü ilə,
Min həzin şeir gətir.
Bilib sənin qiymətini,
Şəninə şer qoşaq biz.
Duyaq eşqin ziynətini,
Səadətdən coşaq biz.
Kayıt Tarihi : 19.3.2020 10:50:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/03/19/cosaq-biz.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!