Çörek tutsun Şiiri - Sevinc Arzulu

Çörek tutsun

Bir gün dolaşar kələfin,
Kömək etməz heç sələfin.
Daşlaşıbdır sol tərəfin,
Yerin çətin ürək tutsun.

Yolun Şuradan salasan,
Bu qədər qarğış alasan.
Adada tənha qalasan,
Dost yerini fələk tutsun.

Dərd çiçəyin heç solmaya,
Su ilə quyun dolmaya.
Ətrafda ağac olmaya,
Dörd yanını külək tutsun.

Kim xalqına quyu qazar,
Onun canın alsın azar.
Sənin kimi mərdiməzar
Üzünə bir ələk tutsun.

Düz söz deyəni saldıran,
Hüququn əldən aldıran.
Unun qiymətin qaldıran,
Görüm səni çörək tutsun.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.1.2022 11:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

TÜM YORUMLAR (1)

Sevinc Arzulu