Sevgi qəlbin əlifbası,
Yaman əsir dərd səbası.
Qara paltar qəm libası,
Yenə də əynimdə gəzər.
Qəm dağından etdim seyr,
Ayrılıqdan gəlməz xeyr.
Sənə həsr etdiyim şeir,
Hələ də beynimdə gəzər.
Gözəl,xoş həyat görmədim,
Yad güldən çələng hörmədim.
Mən dərdə sinə gərmədim,
Dərd mənim çiynimdə gəzər.
Kayıt Tarihi : 14.6.2018 10:20:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/14/ciynimde-gezer.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!