Cenab baş leytenant Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Cenab baş leytenant

Uşaqlıqdan çox sevərdin hərbini,
Anlayırdın əzabını,cəbrini.
Indi anan qucaqlayır qəbrini,
Donub qalıb indi buz heykəl təki.
Cənab baş leytenant, qəhrəman Hakim.

Təbəssümün getməyirdi üzündən,
Doymamışdı anan şirin sözündən.
Tanıyardı səni ayaq izindən,
Izini qoruyur sanki daş səki.
Cənab baş leytenant, qəhrəman Hakim.

Anan səni yana-yana ağlayır,
Xatirəni ana –ana ağlayır
Yoxluğunu dana- dana ağlayır.
Haraylayır,heyf, dönmürsən lakin,
Cənab baş leytenant, qəhrəman Hakim.

Faşist hayı yoldu açan gülümü,
Torpaq üstə səpələdy külümü.
Tanrı necə qıydı bunca zülümü,
Fələk ölüm fərmanına qol çəkir.
Cənab baş leytenant, qəhrəman Hakim.

Məskən oldu soyuq torpaq səngəri,
Xilas etdin neçə-neçə əsgəri.
Adın indi dilimizin əzbəri,
Səninlə fəxr edir İmişli, Bakı.
Cənab baş leytenant, qəhrəman Hakim.

Siz vətənin basılmayan qalası,
Yolumuzu məzarlıqdan salası.
Imişlinin igid şəhid balası,
Coşar erməniyə qəlbimizdə kin.
Cənab baş leytenant, qəhrəman Hakim.

Qaraltdın ananın günəş-ayını,
Dön gəl, eşit harayını, hayını.
Itirbdir sənsiz günün sayını,
Susuzdan quruyub əkdiyi əkin.
Cənab baş leytenant, qəhrəman Hakim.

Göylərə ucalır ananın ahı,
Açılmaz olubdur sübhü, sabahı.
Başının üstündə dolaşır ruhun,
Əbədi olmusan cənnətdə sakin,
Cənab baş leytenant, qəhrəman Hakim.

Bu, fələyin qurduğu bir hanadı,
Ilmələri dənə-dənə sanadı.
Yaralırn dəfən-dəfən qanadı,
Köməyinə çatammadı bir həkim,
Cənab baş leytenant, qəhrəman Hakim.

Uzanı qalıbdır yaşıl qolları
Sənin tək solubdur çiçək kolları.
Bomboşdur, bombozdur gələn yolların,
Torpağa çökübdür sən qurduğun him,
Cənab baş leytenant, qəhrəman Hakim.

Sən kimə tapşırdın könül yarını,
Qoydun boynubükük iki barını.
Azca inlət muğam çalan tarını
Əzldən axıra qəm oxuyar sim.
Cənab baş leytenant, qəhrəman Hakim.

Neçə şəhid xiyabanı salınıb,
Ermənidən qisasınız alınıb,
Xoş müjdəli zəfər marşı çalınıb.
Qəlbimdən keçəni mən nəzmə çəkim,
Cənab baş leytenant, qəhrəman Hakim.

Qarabağım azad oldu nəhayət
Şəhid ömrü-yazılmamış hekayət,
Ilahi sizlərə eyləsin rəhmət,
Ruhun qarşısında mən də baş əyim,
Cənab baş leytenant, qəhrəman Hakim.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2020 10:30:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu