Deyim sözün doğrusunu,
Tapdım könül oğrusun.
Eh, ürəyin ağrısını
Mənim kimi çəkən olmaz.
Göz önündə qoşa şəkil,
Duman, qarşısından çəkil.
Məcnun kimi, Leyli təki,
Dərddən yerə çökən olmaz.
Sevdam əlçatmaz xəzinə,
Qıyma ki tənha gəzinə.
Kuzəmə su əvəzinə,
Göz yaşını tökən olmaz.
Atdım ayrılıq daşını,
Təzələdi yaddaşını.
Gülüm, bağrımın başını,
Sənin kimi sökən olmaz.
Kayıt Tarihi : 11.7.2020 15:16:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/07/11/ceken-olmaz-2.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!