Məni sevdin ömrün gözəl çağında,
Qar olaram sənin sevgi dağında.
Istə,bir gün cücərərəm bağında,
Toxum olum,öz əlinlə ək məni.
Isitməyir səni atəşim,közüm.
Uzaqdasan ,yetəmmir sənə sözüm.
Sənsizlikdən elə qorxub ki gözüm,
Qoyma daha hicranınla tək məni.
Axan ulduz kimi qəfildən sönsəm,
O mavi göylərdən yerlərə ensəm.
Günlərin birində rəssama dönsən,
Ağlayan halımda elə çək məni.
Kayıt Tarihi : 11.6.2018 10:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!