Sevdim bu dünyanın ən kübarını,
Amma ki görmədim heç tumarını.
Yığıb ürəyimə dərd-qubarımı,
Məzar otağıma cehiz apardım.
Tikanlıq içində itibdir izin,
Daha dalğalanmaz sevda dənizin.
Dedim bəlkə mən də yaşayam uzun,
Həyat ağacından ceviz qopardım.
Bu kədər könlümə hərdən dolarsa,
Qönçəni açmamış hər dəm yolarsa,
Bilsəydim əbədi həmdəm olarsan,
Elə bu dünyanı behişt yapardım.
25/06/2018
Sevinc Arzulu
Kayıt Tarihi : 1.7.2018 10:32:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!