Çaxdı da getdi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çaxdı da getdi

Əyildim bir damla yağış götürəm,
Səmadan tökülən alğış götürəm.
Istədim günəşdən naxış götürəm,
Şüası qəlbimdə çaxdı da getdi.

Mənimlə dost olsun vüsal mələyi,
Könlümü işığa, nura bələyir.
Elə qəfil əsdi hicran küləyi,
Soyuğu atəşə yaxdı da getdi.

Qızılgül açarkən bülbül ötmədi,
Iki sevən aşiq kama yetmədi.
Dayanıb bir anlıq söhbət etmədi,
Eləcə üzümə baxdı da getdi.

Ey könül, yenə də arzularla coş,
Bu fani dünyadan getmə əliboş.
Kim deyir sevdanın yeri qalıb boş,
Qan olub damardan axdı da getdi.

Ağrılar yığışır ürək üstəcə,
Illər öz işini görür ustaca.
Qocalıq qapını döyür astaca,
Sevib-sevilməyin vaxtı da getdi.
Döşünə bir medal taxdı da getdi.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.1.2023 16:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu