Sorusunu türkcə sorub,
Saçlarımı tükcə hörüb.
Məni sənsiz təkcə görüb,
Bax ,ayrılıq hücum çəkdi.
Ölçülməz tir yol çürüyüb,
Seçilməz sirr kol kürüyüb,
Keçilməz bir tor bürüyüb,
Dörd tərəfim hörümçəkdi.
Bu ellərə hürr də yardı,
Ətrafımı dürr də sardı.
Canavar da, şir də vardı,
Məni şirə bürcüm çəkdi.
Kayıt Tarihi : 21.4.2022 14:51:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!