Cavanlıqda neçə ürək odlamısan,
Sevgisindən dönüb haqqın aşığına.
Əlli beşi, altmış beşi adlamışan
Yığışmışıq yetmiş beşin işığına.
Bu işığın hər zərrəsi səadətdir,
Üstümüzə yağış kimi səpələnir.
Övladlara xoş məramdır, sədaqətdir,
Arzuların dalğa-dalğa ləpələnir.
Nə yaşadıq ötüb keçən əsrimizdə,
Nə qazandıq bu illərin qucağında.
Vətən eşqi şerimizdə, nəsrimizdə,
Zəfər hissi elimin hər bucağında.
Arzuların boy atıbdır bənövşə tək,
Mat qalıbdır baxça-bağlar ətirinə.
Ürəyimiz amanatdır saf şüşə tək,
Hey yığışaq yubileylər xatirinə.
Minayə xalam, diləyirəm 100 yaşını,
Dost-tanışla bir yerdəcə qeyd eyləyək.
Uca dağ tək daim dik tut sən başını,
Can sağlığı, ruzi, xoş gün diləyək.
Kayıt Tarihi : 17.10.2021 16:43:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!