Bu dünyanın al libası toxunmaz,
Bu dünyanın əlifbası oxunmaz.
Bu dünyanın qaşı qara,
Dağlarının başı qara.
Sanırdım ki masmavidir,
Gözlərinin yaşı qara.
Bu dünyanın dərdi çoxdur,
Qəlbiqara mərdi çoxdur.
Azalmaz ki namərdləri,
Kim deyir ki mərdi çoxdur.
Bu dünyanın üzü bəyaz,
Səhvi qara, düzü bəyaz.
Hey yazıram kəlmələri,
Milyonu boz, yüzü bəyaz.
Kayıt Tarihi : 9.6.2018 17:41:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!