Ox atdım, yayım çatmadı,
Gününə ayım çatmadı.
Hayladım, hayım çatmadı.
Bu dünya yorğundu yaman.
Hər addımı izlənər ki,
Xəyanətdə bizlənər ki.
Bəzən elə gizlənər ki,
Bu dünya oğrundu, aman.
Azalmaz ki ilanların,
Bağlı döngə-dalanların.
Üzə durar yalanların,
Bu dünya doğrundu, zaman.
Saçları ağ.Dənim kimi,
Gəncliyinə qənim kimi.
Qocalıbdır mənim kimi,
Bu dünya solğundu, saman.
23.09.2020.
Kayıt Tarihi : 29.9.2020 09:34:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!