BU DƏNİZİN
Bu dənizin limanı yox,
Gəmi hara yan alacaq.
Nə dini, nə imanı yox,
Ruhum harda yurd salacaq.
Dincəlibən uyuyacaq,
Rahat bir nəfəs alacaq.
Xatirəni buyuracaq,
Yaşama həvəs alacaq.
Bəxt göstərər dəstəyini,
Dərdi-qəmi atacaqdır.
Küncə qoyub istəyini,
Muradına çatacaqdır.
Kayıt Tarihi : 3.9.2025 05:06:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!