Borcum ne qederdi? Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Borcum ne qederdi?

Çatılıb həsrətin qaşı,
Toruna tez düşər naşı.
Eşidirik addımbaşı,
Bu ömür gəldi-gedərdi.

Gozlərimdə röya qalır,
Könlümdə boş xülya qalır.
Biz gedirik, dünya qalır,
Daha nə qəmi, nə dərdi.

Həyat tablo, fonunda biz,
Qəmin qara donunda biz.
Köç edirik sonunda biz,
Bu yazılmış bir qədərdi.

Gözlərini dik gözümə,
Öləziyən od-közümə.
Di söylə mənim özümə,
-“Dünya, borcum nə qədərdi?!”

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu