Tapmadın işin çəmini,
Yaşadın ömrün kəmini.
Bu dünyanın dərd-qəmini,
Mənimlə tən böldün,gülüm.
Tale bəxtin qara yazdı,
Qismətini hara yazdı.
Nə dəli Kür,nə Arazdın,
Sən saf sulu göldün,gülüm.
Darıxmışam lal qəminçün,
Saçındakı ağ dəninçün.
Öləmmədim mən səninçün,
Sən mənimçün öldün,gülüm.
Kayıt Tarihi : 16.6.2018 10:31:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!