BİZİ ÜSTƏLƏYİB
Acı söz çıxmaz dilimdən,
Pay verərəm dürr-ləlimdən
Yaxşılıq gəlir əlimdən,
Yaman bizi üstələyib.
Qapımızı döyər mələk,
Sağ əlində bəyaz lələk.
Verməz üzü dönmüş fələk,
Aman, bizi üstələyib.
Nədən çıxır eh, başları,
Yığdıqları qəm daşları.
Bilirəm ki o qaşları,
Kaman bizi üstələyib.
Hanı qara səmənd atlar,
Yoxluğunda igid çatlar.
Qeyb olubdur yaşıl otlar,
Saman bizi üstələyib.
Misradan şeir almışıq,
Sözləri gizlin çalmışıq.
Həyatdan geri qalmışıq,
Zaman bizi üstələyib.
Kayıt Tarihi : 21.4.2022 15:04:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!